BaşlıcaSiyasət

BMT Ticarət və İnkişaf Konfransında Ermənistanın İnvestisiya Siyasətinin hesabatı yekunlaşdırıldı

BMT-nin Cenevrədəki Ticarət və İnkişaf Konfransında Ermənistanın İnvestisiya Siyasətinin hesabatının rəsmi təqdimatı keçirildi. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat verir.

Ermənistanın BMT-nin Cenevrədəki daimi nümayəndəsi, Ermənistan Respublikasının İsveçrədəki fövqəladə və səlahiyyətli səfiri Andranik Hovhannisyan açılış nitqində Ermənistanın yüksək texnologiyalara və innovativ fəaliyyətlərə əsaslanan iqtisadi inqilaba doğru getdiyini və bu gün biznes mühitinin modernləşdirməsi istiqamətində addımlar atdığını qeyd etdi. BMT-nin Ermənistandakı daimi kordinatoru Şombi Şarp əlavə etdi ki, indi Ermənistana sərmayə qoymaq üçün ən uyğun vaxtıdır.

Məruzənin müzakirələrində BMT-ə üzv dövlətlərinin Daimi Nümayəndələri, diplomatlar, habelə BMT agentliklərinin, vətəndaş cəmiyyətinin və özəl sektorun nümayəndələri iştirak etdilər.

Məruzə ərzində ölkədə potensial inkişafın bir sıra sahələri, o cümlədən yüksək texnologiyalar, turizm, tekstil sənayesi, şərabçılıq, kənd təsərrüfatı və əczaçılıq sahələri qeyd olunmuşdur. Bir sıra potensialı olan sahələrin inkişaf perspektivləri də araşdırıldı. Bunlara biznes autsorsinqi, regional logistika, ərzaq təhlükəsizliyi, təyyarələrin təmiri və texniki xidməti, regional maliyyə xidmətləri və ali təhsil daxildir.

Tədbir zamanı olan ekspert müzakirələri və hesabatda yer alan  təkliflər əsasında investisiya siyasətinin yaxşılaşdırılması üçün yol xəritəsinin hazırlanması planlaşdırılır ki, buna daxil addımların atması Ermənistan Respublikasının investisiya mühitinin yaxşılaşdırılmasına və investisiya siyasətinin səmərəliliyinin artırılmasına töhfə veriləcəkdir.

Daha çox göstər
Back to top button