Ekonomika
ER Baş nazir müavini T. Avinyan Avropa Yenidənqurma və İnkişaf Bankının Şərq Tərəfdaşlığının ilk investisiya sammitində iştirak edəcək

ER Baş nazir müavini Tigran Avinyan Londonda Avropa Yenidənqurma və İnkişaf Bankının Şərq Tərəfdaşlığının ilk investisiya sammitində iştirak edəcək.
Bu barədə baş nazir müavinin mətbuat katibi Vahan Hunanyan facebook səhifəsində yazıb.
“Avropa Yenidənqurma və İnkişaf Bankında Ermənistan nümayəndəsi, ER Baş nazir müavini Tiqran Avinyan Londona işgüzar səfərə gedəcək. Tiqran Avinyan Avropa Yenidənqurma və İnkişaf Bankının Şərq Tərəfdaşlığının ilk investisiya sammitində iştirak edəcək, həmçinin “Deutsche Bank” və “Goldman Sachs”-ın nümayəndələri ilə görüşəcək”-deyə Hunanyan yazıb.