
Baş nazir Nikol Paşinyanın İtaliyaya rəsmi səfəri davam edir.
İtaliyanın paytaxtında onun ilk görüşü İtaliya Senatının sədri Maria Elizabeta Kazellati ilə oldu.
ER Baş naziri administrasiyasından verilən məlumata görə, İtaliya Senatının sədri qeyd etdi ki, İtaliya Ermənistanda demokratiyanın inkişafı üçün vacib olan islahatlar prosesini diqqətlə izləyir və ölkəmizə bu islahatları həyata keçirmə prosesində kömək etməyə hazırdır. Maria Elizabeta Kazellatinin sözlərinə görə, bu həm Ermənistanla İtaliya arasında ikitərəfli, həm də Avropa İttifaqı çərçivəsində səmərəli dialoqun davam etdirilməsinə kömək edəcəkdir. O qeyd edib ki, İtaliya Senatı Ermənistan-Aİ Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişini təsdiqləyib və sənəd artıq indi Deputatlar Palatasının nəzərinə təqdim olunmuşdur.
İtaliya Senatının sədri, eyni zamanda, Ermənistan-İtaliya ticarət-iqtisadi münasibətlərinin dinamikasından, xüsusən də son dövrlərdə ixracın təxminən 30% artmasından məmnunluğunu ifadə etdi və İtaliyanın Ermənistanla ticarət, infrastruktur, mədəniyyət sahələrində əməkdaşlığı inkişaf etdirməkdə maraqlı olduğunu bildirdi.
Nikol Paşinyan, iqtisadi əlaqələrin inkişafına səbəb olan Ermənistan-İtaliya siyasi dialoqunun yüksək səviyyədə olduğunu qeyd etdi. O, bu il ikitərəfli ticarətdə kifayət qədər yüksək artımın olduğunu, Ermənistan iqtisadiyyatına İtaliya kapitalı ilə qoyulan sərmayələrin artdığını qeyd etdi və səfəri nəticəsində bu prosesin daha da aktivləşəcəyinə ümidvar olduğunu bildirdi. Baş nazir Paşinyanın sözlərinə görə, Ermənistan ciddi dəyişikliklər içərisindədir, ölkə demokratikləşmə yolundadır, korrupsiyaya qarşı həqiqi mübarizə gedir və bu da iqtisadi vəziyyətin dəyişməsinə səbəb olur.
Hökumət başçısı Aİ-nin bu islahatların gündəliyində Ermənistanın əsas tərəfdaşı olduğunu qeyd etdi və İtaliya Senatına Ermənistan-Aİ Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişini təsdiqlədiyi və Deputatlar Palatasına təqdim etdiyi üçün təşəkkür etdi. Nikol Paşinyan 2019-cu il aprelin 10-da Erməni Soyqırımı Təşəbbüsünü tanımaq üçün İtaliya Deputatlar Palatasına qarşı Ermənistanın xüsusi bir münasibət olduğunu vurğuladı.
Ermənistanın Baş naziri Dağlıq Qarabağ münaqişəsinin nizamlanması məsələsinə toxundu və qeyd etdi ki, Ermənistan məsələnin həllini yalnız sülh yolu ilə görür.
İtaliya Senatının sədri qeyd etdi ki, İtaliya münaqişənin dialoq yolu ilə nizamlanmasını və sülhə yönəlmiş səyləri alqışlayır.