BaşlıcaSiyasət

Prezident Armen Sargsyan AYİB “Şərq Tərəfdaşlığı”-nın ilk investisiya sammitində iştirak edəcək

ER Prezidenti Armen Sargsyan noyabrın 22-də Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) “Şərq Tərəfdaşlığı”-nın ilk investisiya sammitində iştirak etmək üçün Londona işgüzar səfərə gedəcək. ER Prezidenti administrasiyasından verilən məlumata görə, Şərq Tərəfdaşlığı Təşəbbüsünün 10 illiyi çərçivəsində təşkil olunan bu sammitə Ermənistan, Azərbaycan, Belarus, Gürcüstan, Moldova və Ukraynanın liderləri dəvət olunmuşdur. Onlar ölkələrinin və bölgənin investisiya imkanlarını, habelə investisiya mühitinin yaxşılaşdırılması səylərini təqdim edəcəklər.

Armen Sargsyan Şərq Tərəfdaşlığı liderlərinin investorlar imkanlarına həsr olunmuş plenar iclasında iştirak edəcək. Sammit, investorların diqqətini Cənubi Qafqaz və Şərqi Avropa bölgələrinə yönəltmək, investorların məlumatlılığını artırmaq və Ermənistana və bölgəyə artan marağı stimullaşdırmaq məqsədi daşıyır.

İnvestisiya sammiti çərçivəsində Armen Sargsyan ikitərəfli görüşlər də keçirəcəkdir.

Daha çox göstər
Back to top button