Beynəlxalq

A. Dezir: “Bir çox jurnalist öz fikirlərini ifadə etməsinə görə təqiblərə məruz qalır”

Jurnalistlərin təkcə fiziki deyil, həm də hüquqi təhlükəsizliyini qorumaq lazımdır. ATƏT-in KİV azadlığı üzrə nümayəndəsi Arlem Dezir belə hesab edir. Bu barədə o, cümə günü Vyanada ATƏT Daimi Şurasının ikiillik fəaliyyəti barədə hesabatı təqdim edərkən bildirib.

“Həqiqət ondan ibarətdir ki, bir çox jurnalist və KİV işçiləri öz fikirlərini ifadə etdiklərinə, öz işlərini yerinə yetirdiklərinə görə hələ də təqiblərə məruz qalırlar”, – A.Dezir deyib.

O qeyd edib ki, son beş ay ərzində 69 jurnalistin fiziki təhlükəsizliyi ilə bağlı vəziyyətə müdaxilə edib və 51 bəyanat verib.

A.Dezir Türkiyə, Ukrayna və Rusiyada bir neçə jurnalistin azadlığa buraxılmasını alqışlayıb.

“Mən Azərbaycanda Əfqan Muxtarlının hələ də həbsdə saxlanılmasından çox narahatam”, – A.Dezir deyib,  onun və ATƏT regionunda digər jurnalistlərin azad edilməsi üçün səylərini davam etdirəcəyini vəd edib.

Daha çox göstər
Back to top button