
Noyabrın 17-dən 21-dək ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin vasitəçiliyiylə Artsax Respublikasından, Ermənistan Respublikasından və Azərbaycandan jurnalistlərin qarşılıqlı səfərləri olub. Bu barədə Artsax XİN-dən bldirilir.
Noyabrın 20-dən 21-dək Artsax etdiyi səfər çərçivəsində azərbaycanlı jurnalistlər Gandzasar Monastrında olub, Şuşidə dövr edib, “Yeznik Mozyan peşə kolleci”-ni, Geologiya və Təsviri İncəsənət muzeylərini ziyarət edib və Şəhərin görməli yerləri ilə tanış olub.
Paytaxt Stepanakertdə jurnalistlər “Qarabağ karpeti” xalçaçılıq şirkətini, Artsax İnformasiya texnologiyaları mərkəzini, “Artsakhbio” konserv məhsulları istehsal şirkətini ziyarət edib, Artsax vətəndaş cəmiyyəti və KİV nümayəndələri ilə də görüşlər keçirilib.
Tərəflərlə razılaşdırılmış bu təşəbbüsü etimad tədbirləri çərçivəsində sülh prosesinin təşviqi üçün əlverişli şərait yaratmaq məqsədilə eksperimental addım kimi qəbul etmək lazımdır. Artsax tərəfi son 20 il ərzində dəfələrlə etimad tədbirləri, o cümlədən jurnalistlərin qarşılıqlı səfərləri barədə təkliflərlə çıxış edib.