İctimaiyyət

Azərbaycan-İran sərhədində atışma olub, ölən var

Azərbaycan-İran sərhədində sərhədi pozan İran vətəndaşı öldürülüb.

Azərbaycan Dövlət Sərhəd Xidmətinin məlumatına görə, insident noyabrın 23-də Fizuli rayonunun Böyük Bəhmənli kəndi (Bakıdan 323 kilometr cənub-qərb) yaxınlığında baş verib.

Belə ki, Azərbaycanın dövlət sərhədini pozan 2 nəfər naməlum şəxs sərhədçilərə atəş açıb. Azərbaycan sərhədçiləri silah tətbiq edərək sərhəd pozucularından birini zərərsizləşdirib. Digər sərhəd pozucusu İran ərazisinə qaçıb.

Hadisə yerindən ümumi çəkisi 2595 qram olan marixuana və metafetamin növündə narkotik vasitə, mobil telefon, bıçaq, 2 ədəd patron gilizləri aşkarlandığı bildirilir.

Azərbaycan sərhədlərində ən çox silahlı insident İranla sərhəddə qeydə alınır. Rəsmi məlumatların təhlili göstərir ki, Azərbaycana qaçaqmalçılıq yolu ilə gətirilən narkotiklərin əksəriyyəti İran ərazisi vasitəsi ilə daşınır.

Daha çox göstər
Back to top button