
Ermənistan Respublikasının XİN mətbuat katibi Anna Nağdalyan Azərbaycan prezidentinin Sumqayit şəhərinin 70-ci ildönümünə həsr olunmuş tədbirdə etdiyi çıxışına toxunub.
Sual: Azərbaycan prezidenti Sumqayit şəhərinin 70-ci ildönümünə həsr olunmuş tədbirdə çıxış edib və DQ münaqişəsinə dair məsələlərə, xüsusən Sumqayit şəhərində keçirilmiş anti-erməni qırğınlarına toxunub. Səsləndirilmiş yanaşma barədə Sizin şəhrini dinləmək istəyirik. Azərbaycan Prezidenti həm də sovet dövürndə DQ-da demoqrafik mənzərəni dəyişdirmək üçün ardıcıl siyasətin mövcudluğunu da açıqladı və bu siyasətin yarımçıq həyata keçirilməsindən təəssüfləndi.
Cavab: Biz daxili siyasi məsələləri hədəfləmə məqsədilə DQ münaqişəsinə dair məsələlərin, xüsusən Sumqayitdə baş vermiş faciələrin spekulyasiyasını qınayırıq.
Sumqayit qırğınları ən yaxşı sənədləşdirilmişdir və Azərbaycanın gerçəkləri təhrif etməsi inkarın təhlükəli təzahürüdür ki, ermənilərə qarşı nifrət və soyqırım meyllərini yaradır. Bakıda, Kirovabadda, Marağada, Talişdə və digər yerlərdə ermənilərə qarşı yerinə yetirilmiş vəhşiliklər, etnik təmizlənmə və kütləvi qırğınların qınanmaması və üstəlik onların əsaslandırılması, Azərbaycan hakimiyyəti tərəfindən anti-erməni ritorikası, Ramil Safarovun və erməniləri öldürmək üçün digər qatillərin qəhrəmanlaşdırılması: məhz bütün bunlar etimadın qurulmasına və sülh prosesinə xələl gətirir.
Ermənilərin sayını azaltmaq və azərbaycanlıların sayını artırmaqla Artsaxın demoqrafik simasını dəyişdirmək üçün Azərbaycanın bu istiqamətdə niyyətini və siyasətini ortaya qoyan Azərbaycan Prezidenti, 1988-ci ildə və bu gün Artsax xalqının mövcud fiziki təhlükəsizliyi ilə bağlı erməni tərəfinin əsas narahatlığının həqiqiliyini bir daha vurğulayır.
Azərbaycan hakimiyyətini Sumqayıtdəki kütləvi zorakılığa həqiqi qiymət verməyə, inkarın dayandırılmasına və qurbanların və sağ qalanların ləyaqətinə hörmətlə yanaşmağa, xalqların sülhə hazırlanmasına etibarlı töhfə vermək üçün siyasi iradə göstərməyə çağırırıq.