Siyasət

İşçi Qrup: 112 nəfər siyasi məhbus var

Vahid Siyasi Məhbus Siyahısının hazırlanması üzrə İşçi Qrup siyasi məhbusların yenilənmiş növbəti siyahısını təqdim edib.

“Meydan.tv” saytına əsasən, siyahı cari ilin 25 noyabrına qədər olan dövrü əhatə edir.

Bildirilib ki, İşçi Qrup 112 nəfərin həbsinin siyasi motivli olduğu qənaətinə gələrək onları siyasi məhbus kimi tanıyıb. 11 nəfərin adı isə monitorinq altında olanların siyahısındadır:

İşçi Qrup hazırda məhkəməsi gedən 11 nəfərin işləri üzrə məhkəmə proseslərinin monitorinqini apardığını, sənədlərini araşdırdığını qeyd edib:

“Onların əksəriyyəti ötən ilin 10 iyul tarixində Gəncə şəhərində keçirilmiş dinc etiraz aksiyası ilə bağlı tutulanlardır”.

İşçi Qrupun sentyabrın 3-də təqdim etdiyi sonuncu hesabatdan sonra 8 nəfərin azadlığa buraxıldığı bildirilib:

Sonuncu hesabatdan sonra 2 nəfər- Paşa Umudov və Aqşin Əsgərov siyasi məhbus kimi tanınaraq siyahıya əlavə edilib.

Məlumatda daha sonra qeyd olunub ki, hesabat dövründə inzibati həbslər dramatik şəkildə artıb. Müxalifətin 19 oktyabrda Bakının mərkəzində keçirdiyi dinc etiraz aksiyasından öncə və sonra tutulmuş 40-a yaxın fəal inzibati həbs cəzasına məhkum edilib və həmçinin onlarla şəxs inzibati qaydada cərimələnib.

Daha çox göstər
Həmçinin yoxlayın
Close
Back to top button