
Iki günlük işgüzar səfərlə Ermənistana gəlmiş İtaliyanın Ali Məhkəmə Şurasının nümayəndəliyi bu gün noyabrın 25-də ER Ali Məhkəmə Şurasında olmuşdur.
ER Ali Məhkəmə Şurasının administrasiyası bildirir ki, İtaliya Ali Məhkəmə Şurasının sədr müavini Devi Ermininin başçılıq etdiyi nümayəndəliylə görüş zamanı ER Ali Məhkəmə Şurasının sədri Ruben Vardazaryan iki ölkənin məhkəmə orqanları arasında sıx əməkdaşlığın vacibliyini vurğuladı.
O qeyd edib ki, Ermənistanın yüzillik tarixə malik olmasına baxmayaraq, Ali Məhkəmə Şurası hələ də gəncdir və italiyalı həmkarlarının təcrübəsi Ermənistanda məhkəmə hakimiyyətinin inkişafı üçün faydalı ola bilər.
İclasda Şuranın üzvləri İtaliya məhkəmə sisteminin ümumi maliyyələşdirilməsi, büdcənin hazırlanması, maliyyə axınlarının idarə olunması prosedurları, habelə hakimlərin intizam mexanizmləri, qanunvericilik və hakimlər üçün sosial təminat məsələləri ilə maraqlandılar.