
Artsax nümayəndəliklərinin coğrafiyası genişləndirilməlidir və bu istiqamətdə artıq işlər aparılır. “Artsakhpres”-in müxbirinə əsasən, bu barədə Artsax Respublikasının Parlamentinin Xarici əlaqələr, Maliyyə-büdcə və İqtisadi idarəetmə məsələləri üzrə daimi komitələrinin birgə iclasında AR Xarici işlər naziri Masis Mayilyan deyib.
“AR Prezidentiylə müxtəlif müzakirələr aparmışıq və bu müddətdə nümayəndəliklərin coğrafiyasının genişləndirilməsinin vacibliyini bildirdik. Cənubi Amerika, Yunanıstan və Kipr prioritetlərin sırasındadır. Onu da qeyd edim ki, diasporadakı dostlarımızla əvvəlcədən razılığa gəlmişik və onlar bu mümkün xərclərin bir hissəsini ödəyəcəklər. Digər ölkələrdə də əməkdaşlığın genişləndirilməsi üçün işlər görülür”- deyə Mayilyan qeyd edib.
Xarici işlər nazirinin sözlərincə, gələn il Ermənistan Respublikasının Mədəniyyət, Gənclər məsələləri və Turizm nazirliyi ilə birlikdə Şuşidə bərpa olunan Yuxarı Qoşar məscidinin elmi-mədəni mərkəzinin yaradılması planlaşdırılır, bu da ərazisində Ermənistan-İran münasibətlərinin inkişafını təşviq edəcək.