BaşlıcaSiyasət

Avropa ölkələri Azərbaycanda ermənofobiya fenomeni barədə kifayət qədər məlumatlı deyillər: Paşinyan

Ermənofobiya fenomeni Azərbaycanda geniş yayılmışdır, Avropa ölkələri isə bu barədə kifayət qədər məlumatlandırılmamışdır. “Armenpress”-ə əsasən, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan “Corriere della Sera” qəzetinə müsahibəsində deyib.

“Məsələn, ötən ilin yazında Azərbaycanın paytaxtı Bakıda keçirilən Avropa Liqasının finalında, o zaman “Arsenal” və hazırda “Roma” nın oyunçusu Henrix Mxitaryan iştirak edə bilmədi. Niyə? Çünki onun erməni soyadı Azərbaycanda böyük bir məsələdir. Onun soyadını daşıyan köynək geyən avropalı azərkəşlər polis tərəfindən dayandırılıb. Bir həftə əvvəl bir azərbaycanlı sürücü erməni musiqiçinin mahnısını dinlədiyi üçün həbs olundu. Keçən ildə isə ABŞ, Rusiya və Türkiyə bəzi vətəndaşlarının soyadları erməni soyadlarına bənzədiyi üçün Azərbaycana girməməsi halları oldu. Bu vəziyyətin Azərbaycan hökumətinin rəsmi siyasəti ilə nə əlaqəsi var?”- deyə Nikol Paşinyan qeyd edib.

“Corriere della Sera” qeyd edib ki, Azərbaycan erməniləri Dağlıq Qarabağa hərbi təcavüzdə ittiham edir və iddia edir ki, Ermənistan baş naziri xüsusilə sərtdir. Baş nazir bu müşahidəyə erməni zabit Gurgen Margayanın öldürülməsini xatırlatmaqla cavab verdi.

“Ermənistan Silahlı Qüvvələrinin zabiti Gürgen Margaryan yatarkən azərbaycanlı zabit Ramil Səfərov tərəfindən balta ilə öldürüldü. Hər ikisi NATO seminarında iştirak etmək üçün Budapeştdə idi. Bu, 2004-cü ildə baş verdi. Macarıstanda ömürlük həbs cəzasına məhkum edildikdən bir neçə il sonra azərbaycanlı zabit öz ölkəsinə ekstradisiya edildi. Vətəndə milli qəhrəman kimi qəbul edildi, Prezident İlham Əliyev tərəfindən əfv olundu, ona Bakıda mənzil verildi ”, – deyə Nikol Paşinyan əlavə edib.

Ermənistan və Azərbaycan tərəfindən tarixə və hətta onun ağır nəticələrinə verildiyi qiymətləndirmələrin fərqli olduğuna toxunaraq, Baş nazir qeyd edib ki, münaqişə var və bu həll edilməlidir.

“Mən baş nazir olanda bir qətnamə təklif etdim. Dedim ki, münaqişənin istənilən həlli Ermənistan xalqı, Dağlıq Qarabağ xalqı və Azərbaycan xalqı üçün məqbul olmalıdır. Mən belə bir şey söyləyən yeganə erməni lideriyəm. Ölkəmdə məni çox tənqid etdilər. Bir çoxları dedilər ki, Ermənistan rəhbəri niyə Azərbaycan xalqına qayğı göstərməlidir? Münaqişənin üç tərəfi nəzərə alınarsa, istənilən həll davamlı ola bilər. Ümid edirdim ki, prezident Əliyev mənim bəyanatım kimi bir bəyanatla çıxış edəcək. Bir ildən çox gözlədim, amma hələ xəbərim yoxdur. Bu baş verərsə, danışıqlarda həqiqi irəliləyiş əldə edəcəyik. Ümid edirəm ki, avropalı tərəfdaşlarımız və Minsk qrupu həmsədrləri Əliyevi bu qətnaməni qəbul etməyə çağıracaqlar. Dağlıq Qarabağ məsələsinin istənilən həlli Ermənistan, Dağlıq Qarabağ və Azərbaycan xalqları üçün məqbul olmalıdır. Azərbaycan prezidenti ilk növbədə Azərbaycan xalqını qeyd edərsə, mən anlayardım. Məqbul olardı”- deyə o, əlavə etdi.

Daha çox göstər
Back to top button