Başlıcaİctimaiyyət
Azərbaycanda qadınlara qarşı zorakılıq əleyhinə aksiya
Noyabrın 25-də qeyd edilən Beynəlxalq Qadınlara qarşı Zorakılıqla Mübarizə Günü ilə əlaqədar Azərbaycanlı bir qrup gənc fəal Bakının müxtəlif yerlərində aksiya keçirməyə cəhd edib. Bu barədə Turan agentliyi məlumat yayıb.
Fəal Gülnarə Mehdiyeva bildirib ki, müxtəlif dövlət qurumlarının qarşısında plakatlar qaldırıb şəkil çəkdirmək planlaşdırılırdı.
Milli Məclisin binası qarşısında polis Rəbiyyə Məmmədovanı və digər fəal Senay Qəhrəmanlını saxlayıb. Qəhrəmanlının mobil telefonu əlindən alınıb və onu polis şöbəsinə aparmaq istəyiblər.
Senayın 15 yaşı olduğu polisin diqqətinə çatdırıldıqdan sonra yeniyetməni buraxıblar.