BaşlıcaSiyasət

ER Məhkəmə sistemi dərin dəyişikliklərə məruz qalmalıdır: Nikol Paşinyan

ER Baş naziri Nikol Paşinyan  insan hüquqlarının müdafiəsi sahəsində bir sıra çətinliklər görür. “Armenpres”-ə əsasən,  bu barədə Paşinyan noyabrın 26-da ER Parlamentində keçirilən İnsan hüquqlarının  müdafiəçisinin  fəaliyyətinin  15 illiyi münasibətilə təşkil olunan iki günlük beynəlxalq konfransdakı açılış nitqində söyləyib.

“Ermənistan Respublikasının şübhəsiz demokratik ölkədir, amma  bu demokratiya 2018-ci ildə baş vermiş Məxmri inqilab nəticəsində emosional ifadə kimi mövcuddur. Biz indi  bu demokratiyanı institusional mənada daha güclü etməliyik. Bu məsələdə mütləq irəliləyəcəyik. Növbəti problem müstəqil məhkəmə sisteminin yaradılmasıdır. Qeyd edirik ki, qanunvericilik, icra hakimiyyətiylə  yanaşı məhkəmə sistemi də insan hüquqlarının kütləvi şəkildə pozulmasına səbəb olub. Əsas çağırışımız müstəqil məhkəmə sisteminə sahib olmaqdır. Məhkəmə sisteminin nəzarət altında olmasına qəti şəkildə qarşıyıq. Ermənistan Respublikasında məhkəmə sistemi aşağıdan yuxarıya doğru dərin dəyişikliklərə məruz qalmalıdır ki, həqiqətən müstəqil olsun”- deyə Nikol paşinyan qeyd edib.

Daha çox göstər
Back to top button