Erməni Soyqırımının beynəlxalqcasına tanınmasını Türkiyə ilə münasibətlərimiz üçün ön şərt hesab etmirik: ER Baş naziri

Ermənistan heç bir şərt olmadan Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazırdır. “Armenpres”-ə əsasən, bu barədə ER Baş naziri Nikol Paşinyan “Corriere della Sera” qəzetinə verdiyi müsahibədə Ankara ilə diplomatik münasibətlər barədə sualı cavablandırarkən söyləyib.
“Biz demişik və mən təkrarlayıram ki, heç bir şərt olmadan Türkiyə ilə diplomatik münasibətlər qurmağa hazırıq. Erməni Soyqırımının beynəlxalqcasına tanınmasını Türkiyə ilə münasibətlərimiz üçün ön şərt hesab etmirik. Bu tanıma çox vacib prosesdir, amma bu dediyim kimi, soyqırımların qlobal qarşısının alınması üçün vacibdir”- deyə ER Baş naziri deyib.
Nikol Paşinyan ABŞ Nümayəndələr Palatası tərəfindən Erməni Soyqırımının tanınmasına toxunaraq bunun çox vacib bir addım olduğunu qeyd edib. Ermənistan Baş naziri vurğulayıb ki, bu gələcək soyqırımların qarşısını almağa kömək edəcəkdir.
“Üstəlik, oxşar qərarlar bölgəmizdəki mühiti deyişdirir. Bunlar mesajlardır ki, belə təcavüzkar siyasət beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilməyəcək. Təəssüf ki, Erməni Soyqırımından bir əsrdən çox müddət keçib, amma Türkiyə hələ də ermənilər tərəfindən təhlükəsizliyimiz üçün potensial təhdid kimi qəbul olunur. Təxminən 30 ildir ki, bizim sərhədlərimiz Ermənistan tərəfindən deyil, Türkiyə tərəfindən bağlıdır. Erməni tərəfdən açıqdır”- deyə Paşinyan qeyd edib. O, İtaliya Parlamentinin deputatlarına Ermənistan Soyqırımını tanımaq üçün öz minnetdarlığını bildirib. Baş nazir vurğulayıb ki, xarici tərəfdaşlarla mümkün qədər çox tanıma və dünya tanınmasına nail olmaq üçün çalışır.