İctimaiyyət
İbadoğlu: Çökən torpağın üzərindəki asfalt qatının qalınlığından hər şey aydın görünür

Bakının Səbail rayonu, Bibiheybət məscidinin yaxınlığında torpaq qatı sürüşməsi nəticəsində yolun istinad divarları uçub.Həmin yol və divarlar ən son martda təmir edilmişdi. Təmir və bərpa işlərini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi aparmışdı.
Demokratiya və Rifah Hərəkatının sədri, iqtisadçı Qubad İbadoğlu Meydan TV-yə deyib ki, çökən torpağın üzərinə döşənən asfalt qatının qalınlığından hər şey aydın görünür. Yol yatağında daş və torpaq bərkitmə işlərinə milyonlarla vəsait silinib.
Qubad İbadoğlu deyir ki, 2019-cu il üçün şəhərsalma və tikinti büdcəsi 6,3 milyard manat proqnozlaşdırılıb.