
Qazaxıstan və Ermənistan arasında ticarət dövriyyəsində artım tendensiyası var. “Armenpres”-ə əsasən, noyabrın 25-də “Konstruktiv dialoq: Qazaxıstanın sabitliyinin və rifahının əsası (Qazaxıstan Prezidentinin mesajından)” dəyirmi masa zamanı bu barədə ER Parlamentinin deputataı, Ermənistan-Qazaxıstan dostluq qrupunun rəhbəri Vağarşak Hakobyan deyib.
“2018-ci ildə ticarət dövriyyəsi 2017-ci illə müqayisədə təxminən 50 faizlə artıb. Bu göstərici, həqiqətən, çox azdır, lakin artımın imkanlarını görürük və bu istiqamətində işlər aparırıq”- deyə Hakobyan vurğulayıb.
Hakobyan qeyd edib ki, Qazaxıstan Ermənistanın informasiya texnologiyaları ilə olduqca maraqlanır.
“Nursultanda “Tumo” mərkəzinin açılması istiqamətində işlər aparılır. Son bir il yarım ərzində, xüsusən də bu ilin ikinci yarısında xarici siyasətdə daha yaxın əlaqələrin qurmasını bacarmışıq”- deyə Hakobyan vurğulayıb.