
Noyabrın 27-də Ermənistan Respublikasının Xarici İşlər naziri Zohrab Mnatsakanyan KTMT-ə üzvü olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və Təhlükəsizlik Şurası Katiblər Komitəsinin birgə iclasında iştirak etmək üçün Bişkekə işgüzar səfərə gedəcək. Bu barədə ER XİN-dən məlumat verilib.
Noyabrın 28-də Baş nazir Nikol Paşinyanın rəhbərlik etdiyi nümayəndə heyətində olan Ermənistanın Xarici İşlər naziri KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında iştirak edəcəkdir.