Avropa İttifaqı Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) Minsk Qrupu həmsədrlərinin Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində səylərini tam dəstəkləyir. Bunu noyabrın 26-da ER və Aİ arasında imzalanmış Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin 2-ci ildönümü münasibətilə təşkil edilmiş mətbuat konfransında Avropa Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə direktorunun müavini Lyuk Devin bildirib.
“Biz daima münaqişələrin sülh yolu ilə həllnin tərəfdarıyıq. Fikrimizcə, hərbi həllər yox, yalnız hərbi demoqoqiyalar vardır. Bu münaqişəyə gəlincə isə, Aİ olaraq münaqişənin tərəfi deyilik, amma ATƏT-in Minsk Qrupu həmsədrlərinin səylərini tam dəstəkləyirik. Onlardan biri Aİ üzv dövlətidir”,-deyə Devin qeyd etdi.
Ermənistan Xarici İşlər nazirinin müavini Avet Adonts qeyd edib ki, Ermənistan hökuməti Aİ-nin Dağlıq Qarabağ münaqişəsinin həllinə yanaşmasını yüksək qiymətləndirir.