BaşlıcaEkonomika

Aİ rəsmisi Ermənistana investisiya qoymaq üçün üç səbəb təqdim edib

Avropa Komissiyasının Qonşuluq və Genişlənmə Danışıqları üzrə Baş Direktorluğunun (DG NEAR) Şərq qonşuluğu üzrə direktoru Lourens Meredit Ermənistana investisiya qoymaq üçün üç səbəb təqdim edib.

Meredit noyabrın 26-da ER və Aİ arasında imzalanmış Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişinin 2-ci ildönümü münasibətilə keçirilmiş mətbuat konfransında bu məsələyə toxunub:

“Birincisi, ER Baş naziri və hökuməti tərəfindən islahatlarla bağlı olduqca iddialı bir vizyon görürük. Buna ədliyyə islahatları, korrupsiyanın aradan qaldırılması və dövlət idarəetmə islahatları daxildir.

İkincisi, Ermənistan öz yenilikləriylə məşhur bir ölkədir. Bu yenilik məhz ermənilərin ürəyindədir.

Üçüncü səbəb isə, biz gənclərə investisiya qoymalıyıq çünki, Ermənistanın gələcəki insanlardır. Onlar ağıllı və parlaq gənclərdir”.

Daha çox göstər
Back to top button