Ermənistan dünya rifah indeksində postsovet ölkələrini qabaqladı: Legatum

Britaniyanın Legatum təhlil institutunun 2019-cu il rifah indeksində (The Legatum Prosperity Index) Gürcüstan və Baltikyanı ölkələrdən başqa, bütün postsovet ölkələrini qabaqladı.
Məlumata görə, Ermənistan keçən ilki göstəricisini 27 ilə yaxşılaşdıraraq 61-ci yeri tutub. Bölgə ölkələrindən Ermənistan yalnız Gürcüstandan geri qalır. Gürcüstan 53-cü yerdədir. Rusiya 74-cü, Türkiyə 91-ci, Azərbaycan 92-ci, İran isə 119-cu yerdədir.
Postsovet ölkələrindən ən yuxarı göstərici Baltikyanı ölkələrindir.
İndeks müəllifləri ölkələri 9 – iqtisadi inkişaf səviyyəsi, biznes mühiti, dövlət idarəetməsinin səmərəliliyi, təhsil səviyyəsi, səhiyyə, təhlükəsizlik, şəxsi azadlıq, sosial kapitalın inkişafı səviyyəsi və ekoloji mühit standartlara görə müqayisə etdilər.