
ER Baş naziri Nikol Paşinyan ATƏT-in Parlament Assambleyasının sədri Georgi Tseretelini qəbul etdi.
Baş nazir qeyd edib ki, ATƏT təkcə ikitərəfli əməkdaşlıqda deyil, həmçinin təşkilat daxilində Dağlıq Qarabağ münaqişəsinin həlli mandatına malik Minsk Qrupu həmsədrliyinin fəaliyyət göstərməsi baxımından ölkəmiz üçün vacib tərəfdaşdır.
Nikol Paşinyan ATƏT PA çərçivəsində əməkdaşlığa əhəmiyyət verərək bunun dialoqun təşviqi üçün yaxşı bir platforma olduğunu qeyd edib. Hökumət başçısı ATƏT-in regionda münaqişələrin həlli və qarşılıqlı etimad mühitinin formalaşdırılması sahəsində ardıcıl işlərini davam etdirəcəyinə ümid etdiyini bildirdi və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Ermənistan hökumətinin mövqeyini təqdim etdi.
Georgi Tsereteli ölkəmizdə həyata keçirilən islahatları, o cümlədən ədliyyə, seçki proseslərinin təşkili, insan hüquqlarının müdafiəsi, söz azadlığının möhkəmləndirilməsini alqışladı. ATƏT Parlament Assambleyasının sədri Dağlıq Qarabağ münaqişəsinə toxunarkən sülh yolu ilə nizamlanmaya nail olmaq üçün özünün rəhbərlik etdiyi qurumun mövqeyini bir daha təsdiqlədi və sülh üçün əlverişli mühit yaratmanın lazım olduğunu vurğuladı.
Tərəflər beynəlxalq və regional digər məsələlər barədə də fikir mübadiləsi aparıblar.