BaşlıcaSiyasət

Nikol Paşinyan və Harlem Dezir medianın müstəqilliyi barədə fikir mübadiləsi aparıblar

ER Baş naziri Nikol Paşinyan ATƏT-in Media azadlığı üzrə nümayəndəsi Harlem Deziri qəbul etdi.

ER Baş naziri administrasiyasından verilən məlumata görə, Nikol Paşinyan Ermənistan hökumətinin insan hüquqlarını, o cümlədən söz azadlığını qorumaq öhdəliyini bir daha təsdiqləyərək qeyd edib ki, hazırda Ermənistan Respublikasında mətbuat və ifadə azadlığı ən yüksək səviyyədədir və bunu beynəlxalq təşkilatların qiymətləndirmələri də sübut edir. Hökumət başçısı Ermənistanda internetdə söz azadlığına toxundu və qeyd etdi ki, bu göstərici ilə Ermənistan bu gün dünyada 8-ci yeri tutur. Baş nazirin sözlərinə görə, bu, ER hökumətinin demokratik dəyərlərə və hüquqlara, söz və mətbuat azadlığına sadiqliyini nümayiş etdirir.

Harlem Dezir, ölkəmizdə mətbuat və söz azadlığının səviyyəsini yüksək qiymətləndirdi və bunun təmin edilməsi istiqamətində hökumətin gördüyü işləri alqışladı.

Tərəflər həm yerli, həm regional, həm də beynəlxalq səviyyədə olan problemlərə toxundular və bu kontekstdə saxta xəbərlər (fake news), dezinformasiya, nifrət sözü və bunlara qarşı əks tədbirlər haqqında fikir mübadiləsi apardılar. Baş nazir Paşinyan ötən həftə Ermənistan, Dağlıq Qarabağ və Azərbaycandan jurnalistlərin qarşılıqlı etimadın qurulmasına və nifrət sözünün azaldılmasına xidmət edə biləcək qarşılıqlı səfərləri barədə danışıb.

ATƏT-in Media azadlığı məsələləri üzrə nümayəndəsi Harlem Dezir təşəbbüsü yüksək qiymətləndirərək, bu prosesin davamlı olmasına əhəmiyyət verib.

Baş nazir Ermənistanda söz və mətbuat azadlığı sahəsində irəliləyiş əldə etmək üçün ATƏT-in Media azadlığı məsələləri üzrə nümayəndəsi ilə əməkdaşlığın vacibliyini vurğuladı.

Daha çox göstər
Back to top button