Sloveniya Ermənistan-Aİ Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişini ratifikasiya edib

Sloveniya Ermənistan-Avropa İttifaqı Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişini ratifikasiya edib. Bu barədə ER Xarici İşlər nazirinin müavini Avet Adonts Aİ-nin ER-dakı səfiri Andrea Viktorin ilə sazişin imzalanmasının 2-ci ildönümünə həsr edilmiş mətbuat konfransında bildirib.
“Sazişi artıq 16 ölkə ratifikasiya edib. Digər 5-də isə, bu proses sona çatacaqdır. Bir neçə dəqiqə əvvəl mənə məlumat verdilər ki, Sloveniya da bunu təsdiqləyib”,- ER Xİ nazirinin müavini qeyd edib.
Ermənistan Respublikası ilə Avropa İttifaqı arasında Hərtərəfli və Genişləndirilmiş Tərəfdaşlıq Sazişi 2017-ci ilin 24 noyabrında Brüsseldə imzalanmışdır. Saziş Bolqarıstan, Çexiya, Danimarka, Almaniya, Estoniya, Kipr, Latviya, Litva, Lüksemburq, Macarıstan, Malta, Polşa, Rumıniya, Slovakiya, Finlandiya, Birləşmiş Krallıq tərəfindən təsdiqlənmiş və AB Şurasına bildirilmişdir.