Siyasət
ER sabiq Baş prokuroru Qevorg Kostanyan barəsində axtarış elan edib

ER sabiq Baş prokuroru 1 mart işinə təqsirləndirilən şəxs qismində cəlb olunmuş Qevorg Kostanyan barəsində axtarış elan edilib. Bu haqda ER Xüsusi İstintaq Xidmətinin mətbuat katibi Marina Ohancanyan bildirib. “Məhkəməyə ona qarşı həbs qətimkan tədbir seçmək üçün ərizə təqdim edildi”,-deyə Ohancanyan qeyd etdi.
Qevorg Kostanyan sentyabrda 1 mart işi ilə bağlı Xüsusi İstintaq Xidmətinə çağırılmışdı. O bildirmişdi ki, xaricdədir və günlər sonra dönəcəkdir.