
Azərbaycan rəhbərliyinin mövqeyi yalnız Cənubi Qafqaz deyil, KTMT-ə üzv ölkələrin təhlükəsizliyi üçün də təhlükəlidir. Hərbi ambisiyaları tamamilə perspektivsizdir. Dinc danışıqlara və məsələnin sülh yolu ilə həllinə alternativ yoxdur. Bu barədə Bişkekdə KTMT Kollektiv Təhlükəsizlik Şurasının iclasında ER Baş naziri Nikol Paşinyan bildirib. Məlumatı ER Baş naziri administrasiyasından verildi.
“Düşünürəm ki, yeni eskalasiya təkcə Cənubi Qafqaz bölgəsində deyil, xaricində də fəlakətli nəticələrə səbəb olacaqdır. Azərbaycan müharibə vəziyyətində olanda İslam ekstremistləri üçün əlverişli bir tramplin ola bilər, çünki onlar Suriyada öz təsirini itirərək əməliyyatları üçün yeni sahələr axtarırlar. Eyni zamanda, Azərbaycan, ekstremistlərin bütün istiqamətlərdə, cənubda, şimalda, qərbdə və şərqdə fəaliyyətlərini genişləndirə biləcəyi üçün çox əlverişli bir coğrafi platformadır”, – deyə Paşinyan qeyd edib.
Nikol Paşinyan vurğulayıb ki, KTMT Dağlıq Qarabağda yeni eskalasiyanın qarşısını almaq üçün lazımi vasitələrə malikdir. Baş nazirin sözlərinə görə, KTMT üzvü olan ölkələr, ehtimal olunan eskalasiyanın qarşısını almaq və təhlükəsizliyi qorumaq üçün Azərbaycandan yeni silah istəklərini cavabsız buraxmalıdırlar.
“Biz sülh istəyimizdə səmimiyik və münaqişənin həlli üçün təqdim etdiyim konsepsiya əsasında konstruktiv danışıqlara hazırıpq. Biz danışıqları ATƏT-in Minsk Qrupu həmsədrlərinin beynəlxalq səviyyədə qəbul olunmuş danışıqların yeganə formatı çərçivəsində davam etdirəcəyik və KTMT də buna öz dəstəyini çoxdan bildirmişdir. Bu kontekstdə Minsk Qrupunun Rusiya tərəfindən olan həmsədrliyinə xüsusi təşəkkür etmək istəyirəm”,-deyə Paşinyan vurğuladı.