BaşlıcaSiyasət

KTMT ölkələrinin Dağlıq Qarabağ münaqişəsinə dair razılaşdırılmış yanaşmalarının qorunub saxlanılması mühüm sayılıb

Bişkekdə işgüzar səfərdə olan ER Xarici işlər naziri Zohrab Mnatsakanyan, KTMT-ə üzv olan ölkələrin Xarici İşlər Nazirləri Şurasının, Müdafiə Nazirləri Şurasının və KTMT Katiblər Komitəsinin ortaq iclasında iştirak edərək, öz çıxışında beynəlxalq platformalarda Dağllq Qarabağ münaqişəsinə dair KTMT-ə üzv olan ölkələrin birləşmiş yanaşmalarının qorunub saxlanılmasını mühüm sayıb.

ER Xarici işlər nazirliyindən bildirilir ki, iclasın gündəliyində üzv dövlətlərin KTMT və beynəlxalq platformalardakı qarşılıqlı əlaqələri, xarici siyasətin əlaqələndirilməsi, beynəlxalq və regional təhlükəsizlin təhdidləri və əks tədbirləri barədə məsələlər olub. Suriyadakı vəziyyətə hərtərəfli toxundu.

Toplantı iştirakçılarını salamlayan nazir Mnatsakanyan qeyd edib ki, Ermənistan KTMT-nin daha da təkmilləşdirilməsində və gücləndirilməsində fəal iştirakını, həmçinin təşkilatın beynəlxalq nüfuzunu yüksəltməyə və mövcud reallıqlara uyğunlaşdırmağa yönəlmiş səylərini davam etdirəcək.

Qurum çərçivəsində üzv ölkələr arasındakı əməkdaşlıq barədə Ermənistanın düşüncəsinə toxunaraq, nazir Mnatsakanyan xarici siyasətin koordinasiyası ilə əlaqəli beynəlxalq platformalarda müttəfiq əməkdaşlığın inkişafını xüsusilə vurğuladı.

Dağlıq Qarabağ sülh prosesindəki son inkişafları təqdim edən Zohrab Mnatsakanyan, sülh üçün əlverişli mühit yaratmaq və xalqları sülhə hazırlamaq baxımından, söyüş və nifrət nitq ritorikası, nəzarətsiz silah yarışından imtina edilməsi, eləcə də təmas xəttində gerginıiyin azaldılması üçün əlavə tədbirlərin lazım olduğunu vurğulayıb.

Daha çox göstər
Back to top button