
Tavuşda rayon bölməsinin yaradılması üçün hökumət İnsan hüquqları müdafiəçisinin administrasiyasına 2 mln 662 min ayırıb. Layihəni hökumətdə noyabrın 28-də keçirilmiş iclasda ER Maliyyə naziri Atom Cancuğazyan təqdim etdi.
Ombudsman Arman Tatoyan qeyd etdi ki, İnsan hüquqları müdafiəçisi aparatı rayonlara və oradakı məsələlərə böyük diqqət yetirir.
“Tavuşda etirazlar təxminən 4 dəfə artıb və sürətli reaksiya vermə problemlərimiz var. Xüsusilə də, Azərbaycan SQ tərəfindən mülki məntəqlələrin atəşə tutulması hallarında. Biz beynəlxalq təşkilatlara təqdim etmək üçün xüsusi bir prinsip əsasında araşdırma işləri aparırıq. Əlbəttə, mülki yaşayış məntəqələrinə vurulan bütün zərər xüsusi xəritədə göstərilir”,-deyə Tatoyan qeyd etdi.