İctimaiyyət
Almaniyadan 300 nəfər azərbaycanlı deportasiya edilib

Almaniyanın Bavariya əyalətindən deportasiya edilən Azərbaycan vətəndaşlarının sayı 300-ə çatıb.
Onlar sığınacaq istəyi rədd edilənlər, barələrində məhkəmə qərarı olanlar, eyni zamanda uzun illərdir Almaniyada qanunsuz və kimlik məlumatlarını düz təqdim etməyənlərdir.
Bavariyada azərbaycanlıların mənzillərinə gedən polis və miqrasiya xidmətinin əməkdaşları gecə saatlarında onları Münhen hava limanına aparıblar. Deport olunan azərbaycanlıların əksəriyyəti 3-4 nəfərlik ailələrdən ibarətdir.
Xatırladaq ki, noyabrın 14-də Almaniyada icazəsiz yaşayan 61 Azərbaycan vətəndaşı ölkəyə qaytarılıb.