
ER Baş naziri Nikol Paşinyan qeyd edib ki, Ermənistanda məmurlar qanundan üstün ola bilməzlər. Baş nazirin sözlərinə görə, bu prinsipial institusional deyişiklikdir. ER Baş naziri bu barədə Xüsusi İstintaq Xidmətinin gününə həsr olunmuş tədbir zamanı öz çıxışında deyib.
“Bu problemin həllinin yalnız cəza siyasətinin tərkib hissəsi olduğunu qeyd etmək fikrində deyiləm. Bu baxımdan başladığımız və davam etdirəcəyimiz institusional islahatlar çox vacibdir: Korrupsiyaya qarşı mübarizə strategiyası qəbul etdik, məhkəmə islahatı üçün strategiya qəbul etdik, lakin keçmiş və indiki vəzifəli şəxslərin işlərini və mümkün sui-istifadələrini lazımi qaydada araşdırılması görünən bir mayak və niyyətimizin ciddiliyini göstərən bir bayraq olmalıdır, çünki strategiyalar, siyasətlər və bəyanatlar bundan əvvəl də qəbul olunmuşdur, lakin Ermənistan vətəndaşlarının, xalqımızın, beynəlxalq ictimaiyyətinin bu bəyanatların və institusional islahatların yerinə yetirilməsini görməsi vacibdir”,-deyə Paşinyan qeyd etdi.