Azərbaycan və Ermənistan jurnalistlərinin qarşılıqlı səfərləri tərəflərin ermənilərlə azərbaycanlılar arasında əlaqələrin qurulmasına yardım etmək niyyətinin göstəricisidir.
Bunu Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova brifinq zamanı deyib.
Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi xatırladıb ki, bu səfər 17-21 noyabr tarixlərində ATƏT-in hazırkı sədrinin şəxsi nümayəndəsinin vasitəçiliyi ilə baş tutub:
“Səfərdə Azərbaycandan, Ermənistandan və Dağlıq Qarabağdan jurnalistlər iştirak edib. Biz bu birgə tədbiri tərəflərin ermənilərlə azərbaycanlılar arasında əlaqələrin qurulmasına yardım etmək niyyətinin göstəricisi kimi nəzərdən keçiririk. Hesab edirik ki, bu cür humanitar aksiyalar əhalinin sülhə hazırlanmasına yönəlib. Davam etmək lazımdır, biz şübhəsiz ki, bunu dəstəkləyəcəyik. Öz tərəfimizdən biz zəruri vasitəçilk dəstəyi göstərəcəyik”.