
ER Xarici işlər nazirliyi təmas xəttində baş verən hadisə ilə bağlı bəyanat yaydı, bunda deyilir:
“Biz noyabrın 30-da Azərbaycan tərəfindən atəşkəs rejiminin pozulmasını qətiyyətlə pisləyirik.
Nəticədə Artsax Müdafiə Ordusunun hərbçisi, 1997-ci il təvəllüdlü Rafayel Azizyan ağır yaralanıb. Bu snayper atəş nəticəsində baş vermiş hadisədən əvvəl heç bir gərginlik olmayıb, bu da, Azərbaycan tərəfinin atəşkəsi pozmaq üçün qəsdən cəhdinin olduğunu göstərir.
Bu cür hadisələr sülh prosesini ciddi şəkildə pozur və Minsk Qrupu həmsədrlərinin vasitəçiliyi ilə əldə olunan sülh üçün əlverişli mühitin yaradılması qaydalarına ziddir. Hətta yeni daxili inkişaf şətraitlərində Azərbaycan öz öhdəliklərinə sadiq qalmalıdır.
ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında keçirilən növbəti nazirlər görüşü astanasında baş verən bu hadisə atəşkəs sazişinin, o cümlədən müvafiq mexanizmlərin tətbiqi ilə həyata keçirilməsinin prioritetliyini vurğulayır. Yaralı hərbçini tez sağalmasını diləyirik”.