
Ermənistan Respublikasının Xarici işlər naziri Zohrab Mnatsakanyan Ermənistan, Artsax və Azərbaycan jurnalistlərinin qarşılıqlı səfərini müsbət qiymətləndirir, bu müddətdə Ermənistan və Artsaxı təmsil edən jurnalistlər Azərbaycana səfər edə bildi, Azərbaycan jurnalistləri isə Ermənistan və Artsaxda oldu. Mnatsakanyan bunu jurnalistlərlə söhbətində deyib.
“Bu, çox məsuliyyətli bir an idi, çünki gördüyünüz kimi, hamısı razılaşmalarımızdan irəli gəlirdi. Sülh prosesi istiqamətində işləyiriksə, müvafiq mühitin olmaması halnda, irəliləyiş mümkünsüzdür. Mühit elədir ki, bu bir tədbirdən dərhal nəticələr gözləmək mümkün deyil. Bu proqramın jurnalistlər səviyyəsində, yəni fikir söyləyənlər, jurnalistlər, məlumat yaradıcıları səviyyəsində həyata keçirilməsi çox vacib idi. Bizim tərəfimizdən iki Ermənistandan, iki Artsaxdan orada oldu, peşəkar tərəfdaşlarıyla görüşdü. Rəsmi görüşlər olmayıb və bu yaxşı düşünülmüşdür. Biz çox vacib olan yeni bir məzmun yaratdıq “- deyə Mnatsakanyan qeyd edib.