“Siemens” Ermənistanla əməkdaşlıq imkanlarına baxacaq

BƏƏ-yə işgüzər səfərə gedən ER Prezidenti Armen Sarqsyan səfər çərçivəsində ən böyük texnologiya şirkətlərindən biri olan “Siemens”-in prezidenti və icraçı direktoru Jo Kaser ilə görüşüb. Bu barədə ER Prezidentinin Administrasiyasından məlumat verilib.
Görüş ərzində tərəflər müasir texnologiyalar, süni intelekt, həmçinin elektrik enerjisinin idarə edilməsi sahəsində birgə layihələrin həyata keçirilməsinin perspektivlərini müzakirə etdiər. Bu sahələrdə geniş əməkdaşlıq imkanlarını araşdırmaq üçün yaxın gələcəkdə işçi qruplarının yaradılması barədə razılıq əldə olunub.
Görüşdə təhsil, elmi-tədqiqat sahələrində birgə layihələrin həyata keçirilməsinə və təcrübə mübadiləsinə toxunulub, həmçinin Ermənistanda Yeni texnologiyaların və llmin İnkişafına yönəlmi ATOM (Advanced Tomorrow) Prezident Təşəbbüsü çərçivəsində əməkdaşlıq imkanları da müzakirə olunub.