
ATƏT-in Nazirlər Şurasının 26-cı iclası çərçivəsində ER xarici işlər naziri Zohrab Mnatsakanyan və Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov Bratislavada görüşəcəklər.
Bu barədə ER XİN mətbuat katibi Anna Nağdalyan öz facebook səhifəsində yazıb.
“Dekabrın 4-də Bratislavada ATƏT-in Nazirlər Şurasının 26-cı iclası çərçivəsində ATƏT Minsk Qrupunun həmsədrlərinin vasitəçiliyi və iştirakı ilə Ermənistan və Azərbaycan XİN başçıları Zohrab Mnatsakanyan və Elmar Məmməadyarov arasında görüş keçiriləcək”- deyə Anna Nağdalyan yazıb.