BaşlıcaMədəniyyətTəhlil

Eyni sülh Ləzgilər, Talışlar və Ermənilər üçün əlverişlidir

Yerevanda 6-7 dekabrda “Qafqaz-Xəzər bölgəsinin yerli xalqları elmi faktlar və saxtalaşdırmalar işığında” ikigünlük konfransı keçiriləcək.

Konfrans Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrası və Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunun təşəbbüsü ilə keçirilir. Məqsəd Azərbaycanda tarixi saxtakarlığının elmi faktlarla üzə çıxartmasıdır.

Yerevan Dövlət Universitetinin İranşünaslıq kafedrasının müdiri, İranşünas Vardan Voskanyan “Radiolur”-a müsahibədə qeyd etdi ki, Ermənistanda tarixi faktlar əsaslarla bölgədəki yerli xalqların keçmişini təqdim etmək üçün təşkil edilən hər hansı elmi, akademik tədbir azərbaycanlılar tərəfindən hiyləgər addım adlandırılır.

“Əslində bir cavabımız var: Talışıstanın paytaxtı Lənkəranda, Ləzgilər və Avarların yaşadığı ərazilərdə belə konfranslar təşkil edin və dəvət olarsa, biz də iştirak edəcəyik və yerli xalqlar haqqında dəqiq tarixi və təhrif olunmamış faktları təqdim edəcəyik”,-deyə Voskanyan qeyd etdi.

Voskanyanın fikrincə, Azərbaycan tərəfindən hər hansı bir reaksiya sübut edir ki, azlıqların bu ölkədə problemləri vardır və onlar Azərbaycan dövləti üçün problem yaradırlar. “Bu gün tez-tez cəmiyyətləri barışa hazırlamasından danışılır. Bu konfranslar vasitəsi ilə öz iradəsindən asılı olmayaraq Azərbaycan Respublikası tərkibinə daxil olunmuş yerli xalqlarla biz məhz bu sülh mühitini qururuq. Düşünürəm ki, Talışlar və Ləzgilər, Avarlar ER və erməni xalqına əlverişli olan sülhə və şəraitlərə razıdırlar, çünki əslində bu millətlərlə bölüşəcəyimiz heç nə yoxdur. Beləliklə, bu elmi tədbirdir və bu işdə mədəni və xalq diplomatiyası baxımından kiçik bir töhfədir”.

Konfransda Ləzgi və Talış natiqlər də iştirak edəcək və elmi hesabatlarla çıxış edəcəklər. Onlar Cənub-Şərqi Qafqazdakı Talış xalqının taləyi, etnik tarixi, Ləzgi dilli xalqların problemlərini təqdim edəcəklər.

Bölgədəki yerli xalqlar haqqında olan hesabatlar yayımlanacaqdır.

Daha çox göstər
Back to top button