İctimaiyyət
“Tərtər işi”nin fiqurantlarının ailə üzvlərinin aksiyası

“Tərtər işi” üzrə mühakimə edilmiş və istintaq zamanı dünyasını dəyişmiş şəxslərin ailə üzvləri bu gün Ədliyyə Nazirliyinin qarşısındakı Hüseyn Cavid parkında aksiya keçiriblər. Bu barədə Turan agentliyi məlumat yayıb.
Aksiya iştirakçıları bəraətverici əsaslarla həbs edilənlərin azad edilməsini və istintaq zamanı öldürülmüş şəxslərin ölümdən sonra reabilitasiyasını və onlara şəhidlik statusu verilməsini tələb ediblər.
Polis aksiyaya müdaxilə etməyib, yalnız baş verənləri müşahidə edib. Hüquq mühafizəçiləri aksiyanın qətnaməsinin oxunmasına da mane olmayıb.