ER XİN başçısı Türkiyənin yürütdüyü siyasəti və hərəkətləri təhlükəli hesab edir
Ermənsitan öz mövqeyinə sadiq qalır və ön şərt olmadan Türkiyə ilə münasibətlər qurmağa hazırdır, lakin Türkiyə tərəfindən tamamilə fərqli siyasyət var. Bu barədə jurnalistlərə müsahibəsində ER XİN başçısı Zohrab Mnatsakanyan Ermənsitanın indiki hakimiyyəti daxilində Ermınistan-Türkiyə münasibətlərində hər hansı bir dəyişiklik olub-olmadığna dair sualını cavablandıraraq deyib.
“Biz ön şərt olmadan danışıqlara hazır olduğumuzu söylədik, lakin bunun üçün 2 tərəf olmalıdır, ikinci tərəfinin siyasəti isə tamamilə fərqli istiqamətdə işləyir. Türkiyənin təhdidi yürütdüyü siyasəti, hərəkətləri və ritorikası ilə ifadə olunur”- deyə Mnastakanyan qeyd etdi.
Xarici işlər naziri qeyd etdi ki, gözümüzün qarşısında baş verənlər, Ermənistanın davamlı bolkodası, Türkiyə tərəfindən münasibətlər qurmaq istəməməsi və ya hər hansə bir addımın atılmaması, Dağlıq Qarabağ münaqişəsinin kontekstində Azərbaycana hərbi-siyasi dəstəyi Ermənistan üçün təhlükəsizlik təhdididir.
Türkiyə tərəfinin təhdidi yürütdüyü siyasətindən, hərkətlərindən və ritorikasından qaynaqlanır.
Sürix protokollarına toxunan nazir qeyd etdi ki, protokolları məhz Türkiyə qəbul etməyib, öz imzalarına sadiq qalmayan məhz Türkiyə idi.
Nazir bildirib ki, bütün bunlar yüz il əvvəl deyil, hamının gözü qarşısında baş verib. Beynəlxalq ictimaiyyət da bu inkişafların şahidi olub.