Ermənistan ilk dəfə Londonda keçirilən “Xarici birbaşa investisiyalar” sərgisində iştirak edib
Ermənistanın nümayəndə heyəti ilk dəfə Londonda keçirilən “Xarici birbaşa investisiyalar” sərgisində iştirak edib. Bu barədə ER İqtisadiyyat Nazirliyindən məlumat verilib,
İki günlük tədbirdə exponun ziyarətçiləri Ermənistanın investisiya imkanları və biznes mühitinin üstünlükləri, xüsusən “eRegulations Armenia” yeni platforması ilə tanış olublar.
“ERegulations Armenia” Ermənistanda biznes açmaq və genişləndirmək istəyən sahibkarlar üçün bələdçi rolunu oynayacaqdır.
Biznes və investisiya mühitinin davamlı yaxşılaşdırılması ilə Ermənistan Hökuməti “eRegulations Armenia” platfdormasında olan prosedurların sayını artırmağı planlaşdırır.
«ERegulations Armenia” elektron platforması Avstriya İnkişaf Agentliyinin maliyyəsi və Ermənistan Respublikasının İqtisadiyyat Nazirliyi ilə birgə səyləri ilə Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı tərəfindən yaradılmışdır.