Ekonomika

İT sahəsinin erməni iş adamları Silikon Vadisi təlim kurslarında iştirak edəcəklər: Nazir

Erməni iş adamları ABŞ-ın Silikon Vadisində təlimlərə qatılacaqlar. Bunu Ermənistanın Yüksək Texnologiyalar Sənayesi naziri Hakob Arşakyan Yerevanda “Silicon Mountains” İT konfransında bildirib.

Dreyper Universitetinə erməni texnologiya müəssisələrin 15 rəhbəri  göndəriləcəkdir. Kaliforniyadakı Dreyper Universiteti dünyanın ən məşhur tədris proqramlarından birini təklif edir. Nazirin sözlərinə görə, erməni iş adamları bu proqramdan istifadə edərək öz layihələrini genişləndirə bilər və bunları iri, uğurlu şirkətlərə çevirə bilərlər. “Yüksək texnologiyalar biznesinin inkişafı ölkəmizin prioritet istiqamətlərindən biridir. Universitetlərimiz və hətta məktəblərimiz üçün də oxşar proqramlar olacaqdır”,-deyə nazir əlavə etdi.

Daha çox göstər
Back to top button
Close