BaşlıcaSiyasət

Azərbaycan ordusunda itki var

Azərbaycanın hərbi qulluqçusu, kapitan Abbas Məlikzadə vəfat edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi qulluqçu, kapitan Məlikzadə Abbas Saleh oğlu səhhətində problem yarandığından tibb məntəqəsinə müraciət edib. Sanitar nəqliyyat vasitəsi ilə hərbi hospitala təxliyyə edilərkən yolda keçinib. Həkimlərin ilkin ehtimalına görə, hərbi qulluqçu ürək çatışmazlığından vəfat edib.

Qeyd edək ki, 2019-cu ildə (dekabrın 4-dək) Azərbaycanın Təhlükəsizlik və Müdafiə sektorunda ən azı 46 hərbi qulluqçu dünyasını dəyişib. Dünyasını dəyişənlərin 9 nəfəri döyüş, 37 nəfəri isə qeyri-döyüş itkisidir.

Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutu məlumat yayıb.

Daha çox göstər
Back to top button