BaşlıcaSiyasət

Baş nazir hərbi eskalasiya vəziyyətində Azərbaycanın “İslam Dövləti” üçün yaxşı bir baza olacağını bildirdi

Ermənistanın, İslam Dövləti terror qruplaşmasının tərkibində Azərbaycanın bir çox vətəndaşlarının olması barədə məlumatları var. Bunu ER Baş naziri Nikol Paşinyan hökumətlə sual- cavab zamanı KTMT-ə üzv ölkələri tərəfindən Azərbaycana silah satılması ilə bağlı “Mənim Addımım” fraksiyasının deputatı Mikayel Zolyanın sualına cavab verdiyində bildirib.

“Bişkekdə mən bu məsələni tam başqa bir kontekstdə qaldıraraq dedim ki, KTMT regionumuzda və xüsusilə DQ münaqişəsi zonasında yeni eskalasiyanın qarşısını almaq üçün bütün imkanlara malikdir, lakin mən göstərdim ki, bu halda söz yalnız Ermənistanın təhlükəsizliyi deyil, KTMT ölkələri və ümumən regionumuz üçündü. Düşünürəm ki, DQ münaqişəsi zonasında yeni hərbi eskalasiya olsa, bu, Suriyada öz dəstəyini itirmiş  İslamist terrorçuları üçün maraqlı bir mühit olacaq. Onlar üçün bu vəziyyətdə olan Azərbaycan yaxşı bir dayaq nöqtəsi ola bilər. İslam Dövləti terror qruplaşmasının tərkibində Azərbaycanın bir çox vətəndaşlarının olması barədə məlumatlarımız var və səhv siyasət nəticəsində onlara Azərbaycanda öz dayanıqları genişləndirmə imkanı verilsə, onlar üçün cənub, şimal, qərb və şərq istiqamətlərində fəalliyət göstərmək çox uyğun olacaq. Bu istiqamətlərdən ən azı ikisində KTMT ölkələridir. Tərəfdaşlarımız bu məsələyə öz təhlükəsizliyi baxımından ciddi yanaşmalıdırlar”,-deyə Baş nazir qeyd etdi.

Daha çox göstər
Back to top button