İşgüzar səfəri ilə Slovakiyanın paytaxtı Bratislavada olan Ermənistanın xarici işlər naziri Zohrab Mnatsakanyan dekabrın 4-də ATƏT-in Minsk Qrupu həmsədrləri İqor Popov (Rusiya), Stefan Viskonti (Fransa), Endryu Şofer (ABŞ), həmçinin ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşik ilə görüşüb.
ER XİN-dən verilən məluamata görə, Dağlıq Qarabağ məsələsinin sülh nizamlanması prosesi ilə bağlı son vəziyyəti kontekstində sülhə töhfə verən mühitin yaratması istiqamətində addımların atmasına, o cümlədən əvvəlki görüşlərdə əldə edilmiş razılaşmalara sadiq qalmasına xüsusi əhəmiyyət verilib.
Xalqların sülhə hazırlanması üzrə razılığa gəlincə isə, ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi ofisinin kordinasiyası ilə Ermənistan, Artsax və Azərbaycandan jurnalistlərin qarşılıqlı səfərləri müsbət qiymətləndirilib.