
Dekabrın 4-də Bratislavada ATƏT-in 26-cı nazirlər konfransı çərçivəsində ATƏT-in Minsk qrupunun həmsədrləri İqor Popov (Rusiya), Endrü Şofer (ABŞ), Stefan Viskonti (Fransa) və ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşikin vasitəçiliyi və iştirakıyla Ermənistan və Azərbaycan Xİ nazirləri Zohrab Mnatsakanyan və Elmar Məmmədyarovun görüşü keçirilib.
ER XİN rəsmi saytının yaydığı məlumata görə, görüş zamanı atəşkəs rejiminin gücləndirmə, etimadın möhkəmləndirilmə tədbirlərinin həyata keçirilməsi, eləcə də gələcək ilin əvvəlində birgə işləri davam etmək proqramları müzakirə olunub.
ER Xİ naziri xalqları sülhə hazırlamaq üçün tədbirlər çərçivəsində Ermənistan, Artsax və Azərbaycandan jurnalistlərin mübadiləsi proqramının həyata keçirilməsi vasitəsilə əldə edilmiş təvazökar nəticəni qeyd edib.
Bu kontekstdə jurnalistlər və cəmiyyətlər arasında belə birbaşa iştirakın davam etdirilməsi ehtimalı nəzərdən keçirilib. Eyni zamanda, digər etimad tədbirlərinin tətbiq olunmasının vacibliyi vurğulanmışdır.
Əvvəlki gün Artsax Xİ naziriylə Yerevanda keçirilmiş görüşə toxunaraq, nazir Mnatsakanyan bir daha xüsusən tənzimləmə problemləri kontekstində Artsax hakimiyyətlərinin birbaşa iştirakının zəruriliyini qeyd edib.