
Birləşmiş Ştatlar Qarabağ münaqişəsinin sülh yoluyla nizamlanması istiqamətində Minsk Qrupunun seylərini dəstəkləryir. Bu barədə ATƏT-in Nazirlər Şurasının iclası zamanı Avropa və Asiya məsələləri üzrə ABŞ Dövlət katibinin müavini vəzifəsini icra edən Filip Riker bəyan edib.
ATƏT-ə üzv ölkələrə müraciət edərək, o, qeyd edib ki, onlar, bir cəmiyyət olaraq, Moldova, Gürcüstan və ümumiyyətlə bölgədə sülhün təsdiqi yollarını müəyyənləşdirmək üçün əlavə səy göstərməlidirlər.
Riker vurğulayıb ki, hələ ölümlərə səbəb olan Qarabağ münaqişəsinin sülh yoluyla həlli istiqamətində Minsk Qrupunun seylərini dəstəkləmək bu missiyaya uyğundur.