
Ermənistan xarici işlər naziri Zohrab Mnatsakanyan Bratislavada keçirilən ATƏT-in Nazirlər Şurasının 26-cı iclasında çıxış edib.
ER Xİ naziri öz çıxışında Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması ilə bağlı Ermənistanın mövqeyini təqdim etdi.
“Dünən azərbaycanlı həmkarım və ATƏT-in Minsk qrupu həmsədrləri ilə növbətli müzakirələrimizi keçirdik. Bu, il ərzində artıq 5-ci dəfədir. Bu münasibətilə Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair Ermənistanın mövqeyini qeyd etmək istəyirəm.
Birincisi: Beynəlxalq mandatı olan və ATƏT-in Minsk qrupu həmsədrliyinin dəstəyi çərçivəsində münaqişənin sülh yolu ilə həllinə alternativi yoxdur.
İkincisi: Artsax xalqının öz müqəddəratını təyinetmə hüququ sülh yolu ilə nizamlanmanın əsas prinsipi və təməlidir. Bu prinsipin tanınması Artsaxın son statusunun müəyyənləşdirilməsinin heç bir məhdudiyyətə məruz qalmayacağını nəzərdə tutur ki, bu da aydın və birmənalı şəkildə qəbul olunmalıdır. “Məhdudiyyətsiz” termini Artsax xalqının Azərbaycanın yurisdiksiyası, suverenliyi və ərazi bütövlüyü xaricində öz statuslarına sahib olmaq və müəyyənləşdirmək hüququnu açıq şəkildə ifadə edir. Azərbaycan tərəfinin davamlı düşmənçilik siyasəti və bundan irəli gələn hərəkətlər Artsax xalqının ekzistensial fiziki təhlükəsizliyi üçün təhlükə yaradırlar, hansı ki 2016-cı il aprel ayında Azərbaycan tərəfindən Artsaxa qarşı töredilmiş son təcavüzda göstərilib. Bütün bu Artsax xalqı üzərində Azərbaycanın yurisdiksiya iddiasının qanunsuzluğunu və həyata keçirilməsinin mümkünsüzlüyünü göstərir.
Azərbaycan, Artsaxda yaşayan xalqın qanuni qüvvəsi ilə öz iradəsini sərbəst ifadə etmə vasitəsilə heç bir məhdudiyyət olmadan öz müqəddəratını təyinetmə hüququnun tanınmasının birbaşa öhdəliyini üzərinə götürməlidir.
Üçüncüsü: Artsax xalqının təhlükəsizliyi güzəşt mövzusu deyil. Heç bir vəziyyətdə Artsax xalqı müdafiə üçün lazım olan təhlükəsizlik xətləri olmadan qalmamalıdır. 1991-1994-cü və 2016-cı illərdə olduğu kimi, Artsax xalqının ekzistensial təhlükəsizliyi üçün təhlükəli olan hər hansı bir vəziyyət olmamalıdır. Bunun altına çizmək üçün Artsaxın, ermənilərin etnik təmizləmələrə məruz qaldığı və indi tamamilə azərbaycanlılarla məskunlaşdırıldığı hazırda Azərbaycanın işğalı altındakı ərazilərdə yaranmış vəziyyəti qeyd etmək istəyirəm. Bu reallıq yaxınlarda Azərbaycan rəhbərliyi tərəfindən Dağlıq Qarabağ münaqişəsinin həllinə yaxşı nümunə kimi təqdim edilmişdir.
Dördüncüsü: Sülh yolu ilə nizamlanma münaqişənin bütün tərəflərin birbaşa iştirakı ilə olmalıdır. Artsax öz xalqı tərəfindən seçilmiş nümayəndələrlə danışıqlar prosesinin birbaşa tərəfi olamalıdır. Bununla əlaqədar biz Artsaxın seçilmiş nümayəndələrinin sülh prosesində, xüsusən məzmun məsələlərində tam iştirakının zəruriliyini vurğulayırıq. Ermənistan hökuməti heç vaxt Artsax xalqının öz siyasi statusu barədə sərbəst qərar vermək hüququnu poza biləcək hərəkətlər etməyəcək və onları bu prosesə sahib olmaq hissindən məhrum etməyəcək.
Beşincisi: Məsələnin sülh yolu ilə nizamlanma prosesinə alternativ yoxdur. Artsax özünü və xalqını müdafiə etmək üçün tam qabiliyyətə malikdir. Ermənistan Artsaxın təhlükəsizliyinin yeganə qarantı olaraq qalır. Sülh yolu ilə nizamlama gərginlik və risklərin eskalasiyası mühitində həyata keçirilə bilməz. Nəticə etibarilə 1994-cü və 1995-ci illərdə Azərbaycan, Artsax və Ermənistan arasında olan atəşkəs sazişlərinə ciddi əməl olunmalı və möhkəmləndirilməlidir. Risklərin azaltması mexanizmləri, o cümlədən atəşkəsin pozmalarını araşdıran və atəşkəs rejimini monitorinq edən ATƏT mexanizmləri əlavə olunmalı, ATƏT fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsinin ofisinin imkanları genişləndirməlidir.
Altıncısı: Güc və güc təhdidinin tətbiq edilməməsi təməl prinsipinə əməl etmək lazımdır. Azərbaycan rəhbərliyi tərəfindən təşviq olunan nifrət, dözümsüzlük, ksenofobiya, ermənifobiya pislənməlidir. Xalqları sülhə hazırlamaq və barışa əlverişli bir mühit yaratmaq üçün səy göstərilməlidir.
Yeddincisi: Azərbaycanın, Artsax xalqının iradəsinə və narahatlıqlarına məhəl qoymayan maksimalist mövqeləri sülh həlli prosesinin məzmununun inkişafı üçün əsas maneələrdir. Bunun sübutu Azərbaycan hakimiyyətinin Ermənistanın kompromisə çağırışına cavab verə bilməməsidir. Xatırladım ki, Ermənistanın Baş naziri güclü siyasi iradə nümayiş etdirərək hər hansı bir nizamlanmanın Ermənistan, Artsax və Azərbaycan xalqları üçün qəbul edilməli olduğunu ifadə etdi. Bu da deməkdir ki, nizamlanma yalnız kompromislər yolu ilə mümkündür.
Ermənistan danışıqlar prosesinə sadiqdir və məsələnin sülh yolu ilə həlli istiqamətində öz işini davam edəcəkdir. Eyni zamanda, Azərbaycanda mövcud daxili siyasi inkişaflar fonunda, o sülh prosesi üçün Nazirlər Şurasından bir gün əvvəl yayılmış sənədlərlə şərtlər təqdim edir. Ermənistan bu cür qeyri-konstruktiv yanaşmadan imtina edir.
Keçən ay biz münaqişənin bütün tərəfləri arasında etimadın yaradılmasında təvazökar, lakin vacib bir nümunə göstərdik. Ermənistan, Artsax və Azərbaycandan jurnalistlərin mübadiləsi etimadın formallaşması və tərəflər arasında ictimai səviyyədə dialoqun nümunəsi idi. Biz bundan sonra da bu təcrübə üzərində qurmağa hazırıq. Təmas xətti boyunca və dövlətlərarası sərhədlərində pozmaların nisbətən aşağı səviyyəsi və birbaşa əlaqənin tətbiqi saxlanmalı və genişləndirməlidir. Biz bu tədbirlərə baxmayaraq, itki və yaralanmaların davamı ilə çox narahatıq.
Artıq üzərinə götürülmüş öhdəliklərin icrası problemin son həlli perspektivinə inam yaratmaq üçün çox vacibdir.
Təşəkkürlər”,-deyə ER xarici işlər nazirinin çıxışında qeyd edildi.