BaşlıcaSiyasət

Dağlıq Qarabağ münaqişəsinin gərginləşməsi üçün real təhlükə var: Miroslav Layçak

Bratislavada ATƏT Xarici İşlər Nazirləri Şurasının 26-cı iclasında Slovakiyanın Xarici İşlər Naziri və ATƏT-in fəaliyyətdə olan sədri Miroslav Layçak Dağlıq Qarabağ  münaqişəsinin gərginləşməsi üçün real təhlükə barədə danışıb.

Onun sözlərincə,  münaqişənin  nizamlanması üçün  dialoq  bütün il ərzində Minsk Qrupu prosesi, Cenevrə müzakirələri və 5 + 2 formatı ilə davam edib.

“Qurum müxtəlif platformalar vasitəsilə təşkilat etimad yaratmağa, gərginliyi aradan qaldırmağa və dialoqu davam etdirməyə çalışdı. Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi üçün real təhlükə mövcuddur. Münaqişələri birdəfəlik həll etmək üçün sehrli bir formulum yoxdur. Ancaq əminəm ki, ATƏT-in yeni dialoq üçün kanalların açılması ilə gərginliyi azaltmaq səyləri əvəzsizdir və ATƏT sülhə dair konkret addımlara dəstək verən ilk təşkilatdır ”- deyə Layçak  vurğulayıb․

Daha çox göstər
Back to top button