Artsax məsələsi barədə danışıqlar müsbət dinamikadan daha çox təhlükə yaradır. Bu barədə Tert.am ilə söhbət zamanı Artsax Respublikasının sədr müavini Tigran Abrahamyan qeyd edib.
“Ermənistan və Azərbaycan Xİ nazirlərinin görüşündən öncə Azərbaycanın rəsmi mövqeyinin yayılması artıq isə konstruktiv dialoq üçün imkanların kəskin azaldığını göstərirdi.
Vasitəçilər ya Azərbaycanın qarşısını almalıydı, ya da bundan sonra Azərbyacnaın bu addımına açıq şəkildə reaksiya verməliydi, əks təqdirdə onların səssiz razılığıyla hətta həmsədrlərin birgə bəyanatlarına zidd addım atıldı.
Bu formatla təmaslar danışıqları bərpa etmək və ya normal bir vəziyyətə gətirmək üçün əhəmiyyətli təsir göstərə bilməz”- deyə Tigran Abrahamyan qeyd edib.
ATƏT-in fəaliyyətdə olan sədri, Slovakiya Xİ naziri Miroslav Layçakın Dağlıq Qarabağ münaqişəsinin kəskinləşməsi ilə bağlı həqiqi bir təhlükənin olması barədə bəayantına toxunaraq, Tigran Abramyan deyib ki, bu, mövcud hərbi-siyasi vəziyyəti və regional zərbələrə səbəb ola biləcək riskləri ən yaxşı şəkildə göstərir.