Ermənistan nümaynədəliyinin səyləriylə Avrasiyanet Parlament Assmableyasında Metsamor Atom Elektrik Stansiyasının bağlanması məsələsini qaldırmaq cəhdi uğursuz olub. Bu barədə öz feysbuk səhifəsində Avrasiyanet PA-da Ermənistan nümayəndəliyinin rəhbəri, ER “Mənim addımım” fraksiyasının deputatı Gayane Abrahamyan yazı dərc edib.
Onun yazısında qeyd edilir: “Azərbaycan nümayəndə heyətinin Ermənistana qarşı növbəti təşəbbüsü və beynəlxalq qətnamələrdə Metsamor Atom Elektrik Stansiyasının bağlanması məsələsini qaldırmaq cəhdləri nəticəsiz qalıb. Səs vermədən öncə çıxışımda təqdim etdiyim arqumentlər, həmçinin AB və ŞT ölkələrinin deputatları ilə aparılan fərdi müzakirələr nəticə verdi və yalnız azərbaycanlılar öz təklifinə səs verdilər.
Növbəti böyük uğurumuz Siyasi və İnsan Haqları Komitəsində qeydə alınıb, burada Ermənistan nümayəndə heyəti tərəfindən təqdim olunan 7 təklifimizin hamısı qəbul edildi. İqtisadi Komissiya da bütün təkliflərimiz qəbul edildi.
Sosial Komitəsində əsasən təhsil sistemində ksenofobiyanın yayılması (əsasən Azərbaycanın ermenofobiya siyasətini nəzərə alaraq) mövzusuna yönəlmiş təklifimiz qəbul edildi.