
Azərbaycan Nikol Paşinyanın Artsax məsələsini üç xalq üçün məqbul şəkildə həll etmək təşəbbüsünə güc təhdidi dilində cavab verdi. Tert.am ilə söhbət zamanı bu barədə Artsax Respublikasının Parlamentinin mətbuat katibinin müavini Vahram Balayan rəsmi Bakı tərəfindən ATƏT Nazirlər Şurasının üzvlərinə təqdim edilmiş Dağlıq Qarabağ münaiqşəsinin həlli barədə sənədinə toxunaraq deyib. Sənədə əsasən, Azərbaycan beynəlxalq hüququn norma və prinsipləri əsasında, yəni Azərbaycan ərazi bütövlüyü və suverenliyi kontekstində münaqişənin həlli mümkün sayır.
“Üç xalqlar üçün məqbul həll arzu olunan bir fikirdir, amma nəticə vermir. Bu fikir indiki reallığa uyğun deyildir, qonşumuz həmişə güc təhdidiylə danışanda, biz xoş arzularımızı ifadə edə, yumşaq danışa bilmərik. 1994-cü ildə atəşkəs imzalanandan bəri Azərbaycan təkcə Artsaxdan yox, Zangezurdan, Yerevandan da danışır”- deyə Vahram Balayan qeyd edib.
Onun sözlərincə, Azərbaycanın təqdim etdiyi sənədin cavabı bir gün əvvəl Ermənistan Respublikası ilə Artsax Respublikası arasında hərbi-siyasi ittifaqın imzalanması olacaq.
“Ermənistan diplomatiya sahəsində daha da güclü olacaq, digər tərəfdən, Azərbaycan aydın şəkildə başa düşəcəkdir ki, hər iki erməni respublikası həmişə Azərbaycanın hərbi ritorikalarına qarşı çıxmağa və müharibə vəziyyətində iki erməni respublikasının xalqını qorumağa hazırdır”- deyə o, vurğuladı.